Rusiyanin xalq artisti Filipp Kirkorovun noyabrın 9-da Heydər Əliyev sarayında keçirilməsi nəzərdə tutulan konserti ləğv olunub.Bu barədə “İnterfaks - Azərbaycan” agentliyinə sarayın mətbuat xidmətindən məlumat verilib.
“Sarayda keçiriləcək konsert təşkilatı problemlər səbəbi ilə ləğv edilib”,- deyə agentliyin müsahibi bildirib.
Bununla yanaşı, bir sıra KİV-də F.Kirkorovun konsertinin noyabrın 8-də “Baku Crystal Hall”da keçirilməsinin planlaşdırıldığı barədə məlumat yayılıb.