Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) oktyabrın 19-da III Milli Sığorta Olimpiadası təşkil edəcək. Bu barədə ASA-nın məlumatında deyilir.
Olimpiadada sığorta şirkətlərinin iş təcrübələri 3 ildən artıq olmayan 50-yə yaxın nümayəndəsi iştirak edəcək.
Olimpiada çərçivəsində sığorta şirkətlərinin nümayəndələrinə "Vaxtın idarə olunması", "Motivasiya" mövzularında ustad dərsləri təşkil ediləcək.
Bundan başqa, Olimpiada iştirakçıları "Mürəkkəb sığorta tapşırığının həlli” üzrə oyunda iştirak etmək üçün komandalara bölünəcəklər.
ASA 2006-cı ilin dekabrında iki sığorta cəmiyyətinin – Azərbaycan Sığortaçılar Birliyinin (ASB) və Azərbaycan Sığorta Cəmiyyətləri İttifaqının (ASCİ) birləşməsi nəticəsində yaradılıb. ASA-nın yaradılmasında əsas məqsəd ölkənin sığorta bazarının inkişafının təminatı, həmçinin sığorta bazarının problemləri və perspektivlərinin müzakirəsi zamanı sığorta şirkətlərinin vahid cəbhədən çıxış etməsidir.