Milli Məclis noyabrın ortalarında 2013-cü il dövlət büdcəsinin layihəsi üzrə müzakirələr aparacaq. Bu barədə parlamentin spikeri Oqtay Əsədov çərşənbə axşamı plenar iclasda bildirib.
O qeyd edib ki, 2013-cü il dövlət büdcəsinin layihəsi, həmçinin büdcə paketinə daxil edilmiş sənədlər artıq Milli Məclisə təqdim edilib.
Xəbər verildiyi kimi, layihəyə əsasən, 2013-cü il dövlət büdcəsinin gəlirləri 19 mlrd. 154 mln. manat, xərcləri 19 mlrd. 810 mln. manat, kəsiri 656 mln. manat və ya ÜDM-in 1,17%-i səviyyəsində proqnozlaşdırılır.