Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan qtisadi Əməkdaşlıq Təşkilatının bütün ölkələrini ECO Banka qoşulmağa çağırıb.
Çərşənbə axşamı Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 12-ci zirvə toplantısında R.Ərdoğan Azərbaycan və Əfqanıstanın ECO Banka qoşulmalarını salamlayıb.
“İri investisiya layihələrini reallaşdırmaq üçün sazişlər imzalamaq lazımdır”, - deyə baş nazir vurğulayıb.
“Türkiyənin əlaqələndirici olduğu ərzaq təhlükəsizliyi proqramı çox vacibdir. Bu proqramın məqsədlərinə nail olamq üçün səyləri birləşdirmək lazımdır. Bununla əlaqədar kənd təsərrüfatı nazirlərini 13-16 noyabr tarixlərində Antalyada keçiriləcək nazirlərin beşinci sammitinə dəvət edirəm”, - deyə o bildirib.
O qeyd edib ki, nəqliyyat axınlarını sadələşdirmək lazımdır. “Tranzit-nəqliyyat sazişi beynəlxalq nəqliyyat əlaqəsinin canlanması üçün çox böyük addım olardı. Biz üçü qitəni birləşdirən tarixi Böyük İpək Yolunu bərpa etməliyik”, - deyə o bildirib.
Sammitin açılışında çıxış edən Tacikistan prezidenti Emoməli Rəhmon nəqliyyat infrastrukturunu, su resurslarının nizamlanmsı, azad ticarət zonalarının yaradılması, insanların, nəqliyyatın və məhsulların azad hərəkət etmələrini qeyd edərək ölkənin prioritetlərini xatırladıb.
“Dənizə çıxışı olamayan Tacikistan üçün Mərkəzi Asiyadan keçərək Çindən İrana beş ölkəni birləşdirəcək dəmir yolunun tikintisi layihəsi həyati məsələdir”, - deyə prezident bildirib.
“Əminəm ki, Bakı-Qars dəmir yolu üzv ölkələrin nəqliyyat potensialının diversifikasiyasına və layihənin digər iştirakçılarının dənizə çıaxmaq imkanlarına yardım edəcək”, - deyə o qeyd edib.
“Bizim üçün enerji müstəqilliyi vacibdir. Ölkənin su resursları yalnız kənd təsərrüfatını təmin etməyə qadir deyil, həm də ekoloji təmiz bərpa olunan enerji yaradılması üçün mühüm şərtdir”, - deyə ölkə prezidenti vurğulayıb.
E.Rəhmonun sözlərinə görə, hidroenerji layihələrinin reallaşdırılması yalnız Mərkəzi Asiyanı elektrik enerjisi ilə təmin etməklə məhdudlaşmayacaq, həm də onu İƏT-in digər ölkələrinə verilməsində mühüm rol oynayardı.
“Hesab edirik ki, İƏT bu cür layihələrə daha diqqətlə maraq göstərəcək”, - deyə o bildirib.