Kann Film Festivalının “Qızıl kamera” nominasiyasının laureatı Vitali Kanevski oktyabrın 14-dən 21-dək Bakıda “Beş əhvalat” layihəsi çərçvəsində beş gənc azərbaycanlı rejissorlara ustad dərsləri keçəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Layihə “İçərişəhər”in dəstəyi ilə həyata keçirilir. Məqsəd - gənc azərbaycan rejissorlarına dəstək vermək və Azərbaycanın tarixi-memarlıq irsinə marağın artırılmasından ibarətdir.
Keçirilən dərslərin yekunu olaraq rejissorlar tərəfindən qısametrajlı filmlərin çəkiləcək. Çəkilişlər 2013-cü ilin mart ayında “İçərişəhər “ və “Qala” qoruqlarında keçiriləcək.
Ustad dərslərdə qonaq qismində ssenarist və prodüsser İradə Bağırzadə, rejissor, tələbə “Oskar”ının bürünc medal sahibi Elmar İmanov və məhşur kinokritik Ülvi Mehdi iştirak edəcəklər.