Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan və Pakistan prezidentləri Emoməli Rəhmon və Asif Əli Zərdari, həmçinin Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanla ikitərəfli görüşlər keçirib. Bu barədə çərşənbə axşamı rəsmi KİV məlumat verir.
Qeyd olunan ölkələrin liderləri çərşənbə axşamı Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının XII Zirvə Toplantısında iştirak ediblər.
Görüşlərdə keçirilmiş Zirvə Toplantısının region ölkələri arasında əməkdaşlığın bundan sonra da inkişafı baxımından əhəmiyyəti qeyd edilib, eləcə də ikitərəfli münasibətlərlə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycan və Pakistan prezidentləri bir sıra sahələrdə birgə layihələrin reallaşdırılmasının zəruriliyini qeyd edərək kənd təsərrüfatı və bank sektorlarında əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini vurğulayıblar.