Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev ABŞ-ın Bakıdakı səfiri Riçard Morninqstarı qəbul edib. Görüş zamanı iki ölkə arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq əlaqələrinə dair məsələlər müzakirə olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüş iştirakçıları Azərbaycan və USAİD arasında əməkdaşlıq çərçivəsində müxtəlif layihələrin həyata keçirilməsi zamanı əldə olunmuş nailiyyətləri müzakirə ediblər.
Belə ki, USAİD-in xətti ilə Azərbaycanda səhiyyə və təcili yardım sistemində xidmətlərin təkmilləşdirilməsi, malyariya və QİÇS-lə mübarizədə maarifləndirici və profilaktik tədbirlərin həyata keçirilməsi sahəsində layihələr gerçəkləşdirilib.