2012-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə yük daşımalarının həcmi 157,3 mln. ton təşkil edib ki, bu da 2011-ci ilin analoji dövrünün göstəricisindən 3,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yük daşımalarının ümumi həcminin strukturunda 74,4% qeyri-dövlət nəqliyyat müəssisələrinin, 25,6% dövlət sektorunun payına düşüb.
Hesabat dövründə dəmir yolu ilə tranzit yüklər də daxil olmaqla 16,7 mln. ton yük daşınıb (artım 3,9%).
Yanvar-sentyabr aylarında respublikanın dəniz nəqliyyatı ilə 9,3 mln. ton müxtəlif yük (artım 0,8%) daşınıb. Bununla yanaşı, daşınmış yüklərin 61%-i neft və neft məhsullarının, 39%-i - quru yüklərin payına düşüb.
Yanvar-sentyabr aylarında avtomobil nəqliyyatı ilə yük daşımalarının həcmi 87,9 mln. ton (artım 7,7%) təşkil edib.
Həmin dövrdə daxili neft kəmərləri vasitəsilə 33,1 mln. ton neft (azalma 6,5%) nəql olunub. Bununla yanaşı, neft nəqlinin bütün həcminin 76,1%-i və ya 25,2 mln. ton Bakı-Tiflis-Ceyhan neft kəmərinin payına düşüb. DSK-nın məlumatına görə, yanvar-sentyabr aylarında BTC neft kəməri ilə 2,3 mln. ton Türkmənistan nefti nəql olunub.
Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb.