Naxçivan Muxtar Respublikasının(MR) Şəruru rayonunun Qarxun kəndində tam orta məktəb binası, xidmət mərkəzi yeni asfalt döşənmiş kənd yolu istifadəyə verilib. Yeni sosial obyektlərin açılış mərasimində Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov iştirak edib.
V.Talıbov qeyd edib ki, ölkədə və muxtar respublikada təhsilin inkişafına yönələn işlərin nəticəsi olaraq məktəblərin nailiyyətləri ildən- ilə artır Ali məktəblərdə yüksək ixtisaslı kadrlar hazırlanır.”Müasir məktəb binalarının tikilməsi ölkəmizin gələcəyinə xidmət edir. Bu gün müəllim və şagirdlərin istifadəsinə verilən 504 şagird yerlik məktəb binasında üçü elektron lövhəli olmaqla 28 sinif otağı, kimya, biologiya, fizika və hərbi kabinələr, idman zalı və kitabxana var.
“Yaradılan müasir tədris şəraiti təhsilli və vətənpərvər gənclərin yetişdirilməsinə imkan verəcək”,- deyə o qeyd edib. Bu il də məktəbin nailiyyətləri yüksək olub.Onun sözlərinə görə, bu il məktəbin göstəriciləri yüksək olub. Məktəbi bitirən 37 məzundan 15-i ali məktəblərə ( onlardan ikisi 500-700 arasında bal toplayıb), 2-si isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunub. Pedaqoji kollektiv göstərilən dövlət qayğısının müqabilində qazandığı “Ən yaxşı ümumtəhsil məktəbi” adını qoruyub saxlamalı, təhsil uğurlarını daha da artırmalıdır.
Hazırda Qarxun kənd orta məktəbində 320 şagird təhsil alır, onların təlim tərbiyəsi ilə 50 müəllim məşğul olur.
Həmin gün Ali Məclisin sədri Qarxun kəndində uzunluğu 5 km olan avtomobil yolunun, ərzaq və sənaye dükanları, gözəllik salonu və bərbərxananın yerləşdiyi xidmət mərkəzinin, eləcə də Şərur şəhərində iki çoxmərtəbəli binanın açılş mərasimində iştirak edib.
V.Talıbov Şərur rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbəsi üçün inşa edilən binanın tikinti işləri ilə maraqlanıb.