2012-ci ilin 9 ayında Samuxda sənaye istehsalı 8,9 % artıb. “ Interfaks- Azərbaycan”agentliyinin regional bürosu rayonun icra başçısı Alı Qocayevə istinadən belə məlumat verir.
“Ümumi məhsul buraxılışının həcmi 71,6 miyon manata çatıb”,- deyə Alı Qocayev 3-cü rübün yekunlarına həsr olunan iclasda bildirib.
Onun sözlərinə görə, hesabat dövründə 640 yeni iş yeri yaradılıb. Onlardan 444-ü daimi iş yeridir. Bundan başqa o 793 ailəyə ünvanlı sosial yardımın təyin olunduğunu qeyd edib.
Hesabat dövründə Prezidentin ehtiyyat fondundan ayrılan vəsait hesabına avtomobil yolunun tikintisi başa çatdırılıb, 3 kənddə isə yeni məktəb binasının tikintisi aparılır” – deyən icra başçısı əlavə edib ki, Ziyadlı kəndində poçt şöbəsi üçün yeni bina tikilir.