Azərbaycan Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi iki reqionla bank olmayan kredit təşkilatının fəaliyyətində bir sıra pozuntular aşkar edib. Bu barədə idarədən məlumat verilib.
Xüsusilə, “İcraçı Kredit Agentliyi” MMC və “Astara” Kredit İttifaqı MMC-nın fəaliyyətində hüquq pozuntuları aşkar edilib.
“BOKT-nın vəzifəli şəxsləri 59 min manat məbləğində kredit almaq üçün girovda olan borc verənlərin əmlakını qanunsuz istifadə ediblər”, - deyə məlumatda bildirilir.
Hər iki BOKT-nın vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 308-ci maddəsinə uyğun olaraq (vəzifədən sui-istifadə) görə cinayət işi açılıb.
“İcraçı Kredit Agentliyi” (İKA) vasitəsilə Dünya Bankının maliyyələşdirdiyi “Azərbaycan kənd investisiyaları” layihəsi çərçivəsində kənd yerlərində layihələrin kreditləşdirilməsi həyata keçirilir.