2012-ci il sentyabr ayının 1-nə Azərbaycanda banklar tərəfindən quraşdırılmış bankomatların sayı 2,214 min ədəd təşkil edir ki, bu da cari ilin əvvəlinə olan göstəricidən 3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
AMB-nin məlumatına görə, sentyabrın 1-nə Bakıda 1 239 (artım 5,1%), regionlarda 975 bankomat (artım 2,3%) quraşdırılıb.
2012-ci ilin yanvar-avqust aylarında respublikanın ticarət və xidmət obyektlərində quraşdırılmış pos-terminalların sayında artım müşahidə edilib. Sentyabrın əvvəlinə onların sayı 36,514 min ədəd (artım 2,8 dəfə) təşkil edib.
Bununla yanaşı, Bakıda 33,34 min (artım 2,7 dəfə), regionlarda 3 174 pos-terminal (artım 3 dəfə) quraşdırılıb.
2012-ci il sentyabrın 1-nə ticarət, ictimai iaşə və xidmət obyektlərində 34,972 min bankomat və ya bütün pos-terminalların 95,8%-i quraşdırılıb.