Azərbaycan ərazisində fəaliyyət göstərən mehmanxanalar və mehmanxana tipli obyektlər 2012-ci ilin I yarısında 68,8 mln. manat gəlir əldə edib ki, bu da keçən ilin göstəricisindən 36,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
DSK-nın məlumatına görə, 2012-ci il iyulun 1-nə olan vəziyyətə görə Azərbaycanda 506 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir
Bakının mehnmanxana və hotellərində nömrələrin sayı 9790 min, regionlarda - 22060 min təşkil edir.
2011-ci ilin yanvar-iyun aylarında mehmanxana və mehmanxana tipli obyektlərin 75,2% gəlirləri nömrələrin verilməsinin, 15,4% - hotellərdə qida məhsullarının satışının, qalan gəlir - müalicə-sağlamlıq digər pullu xidmətlərin hesabına formalaşıb.
Ümumilikdə, hesabat dövründə mehmanxanalarda 612,3 min turist yerləşib (artım 20,5%). Bununla yanaşı, mehmanxanada yerləşən şəxslərin 51,2%-ni xarici vətəndaşlar təşkil edib. Bötövlükdə turistlərin 60,4%-I Bakı mehmanxanalarında, qalanları region mehmanxanalarında yerləşdirilib.
2012-ci il iyul ayının əvvəlinə mehmanxana və mehmanxana tipli obyektlərdə 6, 13 min nəfər çalışıb, orta əmək haqqı 317 manat təşkil edib.