2012-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda investisiya müsabiqələri vasitəsilə özəlləşdirilən müəssisələrə 90,2 mln. manat həcmində investisiya qoyulub. Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatında deyilir.
Məlumatda həmçinin qeyd olunur ki, 2012-ci il oktyabrın 1-nə olan vəziyyətə görə, daşınmaz əmlak reyestrinə 13,575 min dövlt müəssisəsi və onların filiallarına məxsus 147,707 min daşınmaz əmlak obyekti üzrə məlumatlar daxil edilib.
2012-ci ilin 9 ay ərzində 5914 müəssisə və təşkilat dövlət daşınmaz əmlak barədə qeydiyyat vərəqələri təqdim edib.
2012-ci il oktyabrın 1-nə olan vəziyyətə görə, 5908 müəssisə və təşkilat dövlət daşınmaz əmlakın qorunmasına dair 2011-ci il üçün xüsusi hesabat təqdim ediblər ki, bunların 5 250-si təhlil edilib.
Bundan başqa, ƏMDK-nın məluatlarına görə, yanvar-sentyabr aylarında ərazidə dövlət əmlakının yerləşməsi ilə vəziyyətinin tədqiqi, onun qorunması və səmərəli istifadəsi, dövlət büdcəsinə ödənilən dividendlərin hesablanması və onların ödənişi ilə bağlı 157 monitorinq keçirilib.
2012-ci il oktyabrın 1-nə olan vəziyyətə görə, 95 dövlət müəssisəsi və 313 dövlət SC-yə müvafiq olaraq 82 və 268 balans hesabatlığı təqdim edilib. Bu dövrdə həmçinin 95 dövlət müəssisəsi və 313 dövlət SC müvafiq olaraq 92 və 309 əmlakın inventarlaşması üzrə akt təqdim edib.