Oktyabrin 13-14-də Balakən rayonunda baş vermiş zəlzələ nəticəısində zərərçəkmiş ailələrə kömək göstərilir. Bu barədə “İnterfaks - Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
“Oktybarın 13-14-də baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması üçün komleks tıədbirlər həyata keşirilir”,- deyə Balakən rayon FHN üzrə komissiyasının sədri Azad Balayev bildirib.
Onun sözlərinə görə, artıq komissiyaya 2,5 minə yaxın müraciət daxil olub. Bununla əlaqədar yerlərə baxış keçirən işçi qrup yaradılıb.
Görülən tədbirlər əsasında 110 çadır paylanıb, ehtiyac olarsa əlavə çadırların paylanması nəzərdə tutulur.
Bundan başqa, zəlzələ nəticəsində zərər çəkmiş evlərdə təmir işlərinin aparılması məqsədi ilə rayona tikinti marerialları göndərilib ki, onlar hazırda ev sahibləri arasında bölüşdürülür.