Azərbaycanda səmti müəyyən etmə idmanı ilə məşğul olmaq üçün hər şərait var.Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko “Azərbaycanda səmti müəyyən etmə idmanının vəziyyəti və pespektiv yolları” mövzusunda keçirilən konfransda çıxışında belə bildirib.
“Azərbaycanda 9 iqlim qurşağı var,meşələr dağlar, bir sözlə bu idmanla məşğul olmaq üçün hər şey.Digər tərəfdən sizin hökumət idmana böyük diqqət ayırır və bu idman Azərbaycan Prezidentinin planları ilə üst- üstə düşür. Azərbaycanda səmti müəyyən etmə iodmanının inkişafına öz töhfəmi verdiyim üçün şadam”,- deyə Azərbaycanda Səmti müəyyən etmə idmanı Federasiyasının Rəyasət Heyətinin fəxri üzvü olan A.Mişenko bildirib.
Gənclər və İdman Nazirliyinin nümayəndəsi Mirkamil İbrahimov qeyd edib ki, bu idman növü Azərbaycan üçün yenidir.
“Bu Azərbaycan üçün yeni idman növüdür. Baxmaqyaraq ki bu idman növü çoxdan mövcuddur, lakin o bizdə bir qədər kölgədə qalıb.Bu il biz birgə səylərimizlə onu qldıra bildik və birincilik uğrunda yarışa 200 iştirakçı qatılıdı”,- deyə M.İbrahimov söyləyib.
O əlavə edib ki, bu idman növündə fiziki hazırlıq əsas meyar sayılmır,burda əqli bacarıqlar daha çox özünü göstərir.
“84 idman federasiyası movcudduyr ki, bunlartdan 28-i olimpiya idman növlərinə aiddir.Azərbaycan Səmt müəyyən etmə idmanı üzrə Beynəlxalq Federasiyaya üzv olan 74-cü ölkədir, əgər bu idman növünə bir ölkə də qoşulsa beynəlxalq federasiya olimpiya oyunlarında iştirak etmək üçün müraciət edə bilər”.- deyə nazirliyin nümayəndəsi bildirib.
Səmti müəyyən etmə idmanı üzrə Beynəlxal Federasiyanın Beynəlxalq əlaqələr departamentinin rəhbəri Tatyana Kalendaroğlu qeyd edib ki, bu gün Azərbaycanda idmana çox yüksək səviyyədə diqqət yetirilir. “İdman dövlətinin dəstəyi olmadan inkişaf edə bilməz və biz Azərbaycan Səmti müəyyən etmə idmanı Federasiyasını öz sıramızda görməkdən məmnunuq, şadıq ki, bizə qoşulan növbəti ölkə Azərbaycan oldu”,- deyə T.Kalendaroğlu bildirib.
Azərbaycan Səmti Müəyyən etmə İdmanı üzrə Beynəlxalq Federasiyaya 2012-ci il oktyabrın 18-də qoşulub.