Dövlət Neft Fondunun aktivləri əsasən ABŞ dollarında yerləşdirilib. Bu barədə Fondun mlumatında qeyd olunur.
2012-ci il oktyabrın 1-nə olan vəziyyətə görə, ARDNF-nin aktivləri $33 mlrd. 192,4 mln. təşkil edir, bunun $123,74 mln. – Azərbaycan manatında, qalanı – xaricdə yerləşdirilib.
“Xaricdə yerləşdirilən Fondun aktivləri strukturunda $16 mlrd. 903,43 mln. və ya 51,12% ABŞ dollarında, 39,84% - avroda, 5,16% - funt sterlinqdə, 0,64% - Avstraliya dollarında, 1,38% - Türkiyə lirəsində, 1,87% - qızıla yerləşdirilib”, - deyə saytda dərc edilən Fondun məlumatında qeyd olunur.
Məlumatda qeyd olunur ki, 2012-ci ilin 9 ayı ərzində manatda yerləşdirilən aktivlərin gəlirliliyi 2,16%, ABŞ dollarında 2,33%, avroda 2,39% təşkil edib.
Ümumilikdə, 2012-ci il oktyabrın 1-nə olan vəziyyətə görə, Fondun 22,944% aktivləri agentliklər və beynəlxalq təşkilatların istiqrazlarına, 22,54% - qısamüddətli kommersiya kağızlarına, 18,06% - korporativ kağızlara, 11,77% - maliyyə istiqrazlarına, qalanı – digər alətlərə yerləşdirilib.
Fondun məlumatına görə, ARDNF-nin investisiya portfelinin 57,75% - Avropa ölkələrində, 14,03% - Şimali Amerika ölkələrində, 13,83% - inkişaf edən ölkələrdə, qalanı – digər regionlarda yerləşdirilib.
Neft Fondunda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və s. daxil olan gəlirlər toplanır.