Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova hesab edir ki, qadin hüquqlari barədə qanunda ən vacib məsələ bu qanuna əməl edilməsidir .
“Əsas məqsəd bir daha əhalinin diqqətini həmin qanunlara, qadın problemlərinə yönəltməkdir. ən əsası isə bu istiqamətdə qəbul edilən bütün qanunların nicrasına nail olmaqdır”,- deyə H.Hüseynova çərşənbə axşamı “Qadın hüquqları üzrə bələdçi” kitabının təqdimatında jurnalistlərə bildirib.
Onun sözlərinə görə, kitaba Azərbaycanda qadın hüquqların dair qəbul edilən qanunlar və qanuncvericiliyə dəyişikliklər daxil edilib.
“Gender bərabərliyi” haqqında qanun 2006-cı ildə qəbul olunub. Əfsuslar olsun ki, bu problemlə bağlı məsələ qaldırılanda heç bir qadın bu qanuna müraciət eləmir. Bu o deməkdir ki, qanunları dərk eləyən əhalinin sayı azdır və bu, yenidən həmin məsələyə qayıtmaq ehtiyacı yaradır”,- deyə H.Hüseynova qeyd edib.
Dövlət Komitəsinin rəhbəri həmçinin qeyd edib ki, bu kitabın nəşri ictimaiyyəti narahat edən müxtəlif istiqamətlərin qanunvericilikdə əks olunmasına və bir araya gətirilməsinə yaxşı misaldır.