Vergilər Nazirliyi vergi ödəyicilərinə xidmət mərkəzlərinin sayını 40-a qədər artırıb. Bu barədə Vergilər Nazirliyinin məlumatında deyilir.
"Ötən həftə Neftçala, Yardımlı, Astara və Lerikdə mərkəzlər açılıb", - deyə məlumatda qeyd edilir.
Xəbər verildiyi kimi, 2013-cü ilin sonunadək Vergilər Nazirliyinin vergi ödəyicilərinə xidmət mərkəzlərinin sayı 55-ə çatacaq.
Belə mərkəzlərin açılmasında əsas məqsəd regionlarda fəaliyyət göstərən vergi ödəyicilərinə vergi xidmətlərinin göstərilməsidir. Vergi ödəyiciləri mərkəzlər vasitəsi ilə vergi məsələləri ilə bağlı lazımi məlumat və məsləhət ala, vergi bəyannamələrini elektron formada vergi orqanlarına göndərə, öz vergi borclarının məbləği haqqında məlumat ala və vergi məsələləri üzrə digər tədbirlər həyata keçirə bilərlər.