Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi çörək məhsullarının standartlaşdırılkması üçün Texniki Komitənin(TK) yaradılması üzrə tədbirləri sürətləndirir.Komitə sədri Ramiz Həsənov cərşənbə axşamı jurnalistlərə belə bildirib.
“TK-nin yaradılması üzrə işlərin sürətlənməsi üçün müvafiq fərman imzalanıb.Biz ətraflı təhlil aparmışıq və keyfiyyətli çörək məhsulunun hazırlanması üçün tövsiyələr hazırlanıb”,- deyə R.Həsənov bildirib.
R.Həsənov xatırladıb ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti yaradıldığı müddət ərzində çörək istehsal edən 114 müəssisədə yoxlamalar aparıb. “Onlardan 84-də qanun pozuntuları və səhlənkarlıqlar qeydə alınıb, 58 müəssisədə çörək istehsalı qadağan edilib”,- deyə komitə rəhbəri qeyd edib.