“Azərkörpü” ASC Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikinti layihəsi çərçivəsində podratçı seçilib. Bu barədə nazirliyin məlumatında bildirilir.
“Şirkət Nəqliyyat Nazirliyinin 2012-ci il mart ayının 7-də liman komleksi ərazidsində quraşdırma işləri, material təchizatı üzrə işlərin yerinə yetirilməsi və xidmət göstərilməsi üçün elan edilmiş tenderin qalibi olub”,- deyə məlumatda bildirilir.
Nazirlik və “Azərtkörpü” ASC arasında müqavilə artıq imzalanıb.
Xəbər verildiyi kimi, yeni limanın təməlqoyma mərasimi 2010-cu ilin noyabrında olub. Liman kompleksinin layihəsi Hollandiyanın “Royal Haskoning” şirkəti tərəfindən hazırlanıb. Limanın tikintisi üç mərhələdə həyata keçiriləcək. Birinci mərhələ 3 il 6 ay davam edəcək. Birinci mərhələdə liman 10 mln. ton yük və 40 min konteynerin, ikinci mərhələdə 17 mln. tona qədər yük və 150 min konteynerin boşaldılıb yüklənməsinə, üçüncü mərhələ - 25 mln. ton yük və 1 mln. konteynerin daşınması üçün nəzərdə tutulacaq.
Layihə çərçivəsində 400 hektarlıq sahədə limanın normal fəaliyyəti üçün bütün lazımi infrastrukturun tikintisi planlaşdırılır.
Limanın tikintisinə çəkiləcək xərclər 870 mln. manatdəyərinbdə qiymətləndirirlir.Limanın tikintisində birinci mərhələ əsas sayılır və onun reallaşması üçün 540 mln. manat tələb olunur.İkinci mərhələ 150 mln. manat, üçüncü mərhələ 180 mln. manat məbləğində qiymətləndirilir.
Bakı limanının hazırkı yeri onun inkişafına maneçilik törədir. Xüsusən ağır aqrotexnikanın hərəkəti yalnız axşam saatlarında mümkün olduğu üçün limanın quru yük terminalı normal fəaliyyət göstərə bilmir. Bu səbəbdən də vaqonların yüklənib-boşaldılmasına tələb olunandan çox vaxt sərf olunur.