Ötən həftə Azərbaycanın yollarında baş vermiş 46 yol nəqliyyat hadisəsi nəticəsində 31 nəfər ölüb, 67 nəfər həlak olub. Bu barədə “İnterfaks- Azəraycan” agentliyinə DİN Baş Polis İdarəsindən məlumat verilib.
Ən ağır yol qəzası Bakı şəhərinin Yasamal rayonunda baş verib. Burda “Qazel” markalı avtobus və 5 minik maşını toqquşub. Zəncirvari qəza nəticəsində iki nəfər ölüb, doqquz nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Ucar rayonunda “Vaz21063” və “Vaz21 043” markalı avtomobillərin toqquşması üç nəfərin ölümü bir nəfərin yaralanması ilə nəticələnib.Hacıqabul və Qazax rayonlarında baş verən yol qəzalarının hər birində iki nəfər ölüb bir nəfər yaralanıb.