Azərbaycan milli futbolun və dügər idman növlərinin inkişafi yolunda xarici ekspertləri dəvət etməklə bərabər yerli mütəxəssislər də hazırlmalıdır. “İdman hamı üçün” Beynəlxalq Assosiasiyasının (TAFISA) baş katibi Volfanq Bauman belə hesab edir.
“Mənə elə gəlir ki burda eyni vaxtda iki variantdan istifadə etmək olar. İdmanın müəyyən növləri üzrə səviyyənin yüksəldilməsinə cəhd edən ölkədə bu idman növləri üzrə nailiyyətlər əldə etmiş ölkələrin mütəxəssislərindən istifadə faydalı ola bilər.Ona görə, mən buna normal baxıram”,- deyə o Berti Foqtsun Azərbaycanın milli futbol komandasına rəhbərlik etməsi ilə bağlı sualı cavablandırarkən bildirib.
Bununla yanaşı, mən yüksək ixtisaslı yerli məqşçilərin və dügər mütəxəssislərin hazırlanmasına başlamağı tövsiyə edərdim, çünki həmişə xarici ekspertlərə ümid etmək olmaz.Bu iki metod bir araya gətirilməlidir”,- deyə V.bauman əlavə edib.
Onun sözlərinə görə, bu həm də milli komandaya xarici legionerlərin cəlb edilməsinə də şamil edilməlidir.”Eyni zamanda yüksək səviyyəli yerli idmançılar da hazırlmaq lazımdır, çünki milli komanda həmişə öz ölkəsini əks etdirir”,- deyə ekspert bildirib.
TAFİSA-nın baş katibi ilə müsahibənin tam mətni ilə www.interfax.az saytında tanış olmaq olar.