2012-ci il oktyabrın 31-də saat 12:00 radələrində “İnterfaks-Azərbaycan” agentliyinin mətbuat mərkəzində Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın mətbuat konfransı keçirləcək.
Mətbuat konfransının mövzusu – Azərbaycanda nəşr edilən kitabların populyarlaşdırılması.
“İnterfaks-Azərbaycan” agentliyinin ofisi aşağıdakı ünvanda yerləşir: İçərişəhər, Vaqif Mustafazadə küçəsi 6/10, “Sahibtac” biznes mərkəzi, İsveçrə Konfederasiyası səfirliyinin yanı.
Giriş zamanı xidməti vəsiqələr təqdim edilməlidir.
Əlaqə telefonu: 497-35-07