Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu 2012-ci ildə xarici dövlətlər tərəfindən respublikaya təqdim edilən materiallar əsasında bir neçə tarixi sənədlər məcmuəsi dərc edib. Bu barədə institutun direktoru Yaqub Mahmudov məlumat verib.
“Cari ildə digər dövlətlərin arivlərinin bizə təqdim etdiyi Azərbaycanın tarixi keçmişinə aid sənədlər əsasında altı sənədlər məcmuəsi nəşr edilib”, - deyə o bu mövzuya dait hesabat tədbirində məlumat verib.
Alim bildirib ki, bundan başqa, hazırda ermənilər tərəfindən azərbaycanlıların soyqırımı mövzusuna dair sənədlərin növbəti nəşri çapa hazırlanır.
“O cümlədən ermənilər Azərbaycan ərazilərinə köçürülməsinə həsr edilən arxiv materialları əsasında xüsusi nəşr hazırlanır”, - deyə Y.Mahmudov bildirib.