Oktyabrın 27-də “Vyana Konserthauz”un Motsart zalında Beynəlxalq müsabiqələr laureatı, azərbaycan Akademik Dövlət Opera və balet teatrının dirijoru Eyyub Quliyevin konserti keçirilib. Bu barədə “İnterfaks - Azərbaycan” agentliyinə dirijor özü məlumat verib.
Dünya şöhrətli Vyana Dövlət Kamera Orkestri azərbaycanlı dirijorun rəhbəliyi altında çıxış edib. Konsert Vyana “Konserthauz”da hər il keçirilən “ Beynəlxalq müsabiqələrin qalibləri -2012” layihəsi çərçivəsiundə təşkil olunub.
Vyana orkestrinin rəhbərliyi bu konsertlərə müxtəlifg ölkələrdən ən yaxşı gənc solistləri, dirijorları, müğənniləri, instrumentalçıları dəvət edir.Azərbaycan bu layihədə ilk dəfə iştirak edir. Buna görə də konsertin təşkilatçıları və iştiirakçıları Avstriyada ilk dəfə oklaraq Azərbaycan musiqi klassiklərinin-Üzeyir Hacıbəyov və Qara Qarayevin əsərlərini təqdim etmək qərarına gəliblər.
E.Quliyevin rhbərliyi altında Ü.Hacıbəylinin komera orkestri üçün əsərləri və Qara Qarayevin “İldırımlı yollarla” eləcə də “Yeddi gözəl” baletlərindən fraqmentlər səsləndirilib. Həmçinin, dirijorumuzun rəhbərliyi altında mə.hur Avstriya bəstəkarı Helmut Şmidinqerin “Tənhalıq” simfoniyası təqdim edilib.
Konsertdən sonra H.Şmidinqer dirijor E.Quliyev və Vyana orkestri üçün yeni əsərlər yazmaq istəyini dilə gətirib. Konsert proqramı görkəmli Lukas Dryunun ifası ilə başa çatıb.