Son 8 il ərzində Azərbycan iqtisadiyyatına Rusiya şirktlərinin investisiyaları təxminən $400 mln. təşkil edib. Bu barədə bazar ertsəi Azərbaycan-Rusiya biznes forumunda iqtisadi inkişaf naziri Şahin Mustafayev bəyan edib.
“Azərbaycan ərazisində 261 şirkət qeydiyyata alınıb. 8 il ərzində Azərbaycan iqtisadiyyatına Rusiya tərəfindən $366 mln. həcmində investisiya yatırılıb. Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına $563 mln. təşkil edib”, - deyə o bildirib.
Nazir qeyd edib ki, Azərbaycan Rusiyanın 71 regionu ilə əməkdaşlıq edir.
“İki ölkə arasında möhkəm müqavilə-hüquqi baza mövcuddur, 160 normativ sənəd imzalanıb. Siyasi sahədə münasibətlərimiz çox yüksək səviyyədədir. Bizim məqsədimiz iqtisadi əlaqələrin də həmin səviyyəyə çatmasıdır”, - deyə Ş.Mustafayev vurğulayıb.
İİN başçısı iki ölkənin iş adamları arasında əməkdaşlığın genişlnməsinin vacibliyini qeyd edib.
“Azərbaycanda əlverişli biznes mühit yaradılıb, orta sahibkarlıq möhkəmləndirilir. ÜDM-nin 83%-i özəl sektorun payına düşür”, - deyə o bildirib.
Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Təmrəzov öz növbəsində ikitərəfli münasibətlərin genişlənməsinin vacibliyini vurğulayıb. “Respublikada sahibkarların fəaliyyəti üçün bütün şərait yaradılıb. Hər bir iş adamı ilə şəxsən görüşməyə və biznesi necə qurub və inkişaf etdirməyi birgə müzakirə etməyə hazıram”, - deyə o qeyd edib.
R.Təmrəzov əlavə edib ki, tərəflər hidroenergetika və ASK sahələrində birgə müəssisələr yaratmaq niyyətindədirlər. “Bu ideya bizə ikitərəfli görüşlər zamanı Azərbaycanın baş naziri Artur Rasizadə təklif edilib. Potensialımızı nəzərə alraq, ideya kifayət qədər realdır”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, Qaraçay-Çərkəz Respublikasının ərazisində tikinti materiallarının istehsalı zavodunun tikintisi başlanacaq. Onun yerləşəcəyi yer artıq seçilib (öncə “Mətanət-A” şirkəti Qaraçay-Çərkəz Respublikasında tikinti materiallarının istehsalı zavodu inşa etmək istədiyini bəyan edib – İF-Az).
Biznes forumunda sənaye, energetika, tikinti, ASK və s. sahələrdə fəaliyyət göstərən Azərbaycan və Qaraçay-Çərkəz Respublikasının iş adamları iştirak ediblər.