Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov bolqarıstanlı həmkarı Diana Kovaçeva ilə ikitərəfli əmkdaşlıq məsələlərini müzakirə edib. Bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirlər Fikrət Məmmədovun Bolqarıstana ötən həftə baş tutan səfəri çətçivəsində görüşüblər. Görüş zamanı D.Koçayeva Azərbaycanda hüquq sahəsində aparılan islahatlarla bağlı təcrübəyə yiyələnmək istədiklərini bildirib. Nazir ədliyyə və məhkəmə sistemində aparılan qabaqcıl təcrübə ilə yerində tanış olmaqda maraqlı olduğunu ifadə edib.
Səfər zamanı Fikrət Məmmədov Boloqarıstanın hökumət başçısı Boyko Borisov, parlamentin spikeri Çeçka Çaçevaya, Konstitutsiya Məhkəməsinin sədri Yevgeni Tançev, baş prokuror Boris Velçev, Azərbaycan- Bolqarıstan parlamentrlərarası dostluq qrupunun rəhbəri Rəmzi Osmanov, Ali Kassasiya Məhkəməsinin sədri Lazar Qruyevlə görüşüb, Bolqarıstan məhkəmələrinin işi ilə tanış olub. Nazir həmçinin, Azərbaycanın Şəki şəhəri ilə qardaşlaşmış Qabrovo şəhərinə də səfər edib.