İranda şübhə doğuran, lakin mümkün müharibə olacağı təqdirdə bitərəflilik Azərbaycanın yeganə məntiqə uyğun hərəkətidir. İsrailli politoloq Vladimir Mesamed belə hesab edir.
“Düşünürəm ki, digər yol (bitərəflilikdən başqa – İF-Az) Azərbaycan üçün sadəcə olaraq zərərlidir. Psixoloji məqamı – sərhədin hər iki tərəfində Azərbaycan etnosunun mövcudluğunu nəzərə almalıyıq”, - deyə ekspert “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Bununla yanaşı, o İsraili misal gətirərək qeyd edib ki, yerli ərəblər orduda xidmətdən azad ediliblər. Bu, “qonşu ölkələrə qarşı hərbi əməliyyatlar zamanı həmqəbilələri ilə mübarizə etmək məcburiyyətində qalmasınlar” deyə edilir.
“Bununla belə, düşünmürəm ki, proses müharibə ilə nəticələnəcək. Lakin, hadisələrin bu cür inkişaf etməsinə hazır olmaq lazımdır. Vurğulamaq istərdim ki, “müharibə” sözünü istifadə etmək istəməzdim. Bu kifayət qədər konkret – İranın atom bombası əldə etməyinin qarşısını almaq məqsədini güdən məhdud dərəcədə hərbi aksiyadır. ABŞ-ın iştirakı ən qısa zamanda məqsədə çatmağa kömək edərdi. Lakin, hərbi məsələnin həlli üçün bu o qədər də əhəmiyyət kəsb etmir. Gəmginliyə qapılmayaq. İsrail artıq beş müharibədən keçib. Onların hər biri faciədir. Dövlətimiz yeni müharibə istəmir”, - deyə V.Mesamed vurğulayıb.