Amerikanin Çindəki səfiri Heri Lok Çinin hakim dairələrindən tibetlilərə qarşı siyasəti yenidən gözdən keçirməyi tələb edib. Bu barədə qərb mətbuatı məlumat yayıb.
“Biz Çindən Tibet xalqının nümqayəndələri ilə görüşməyi və bir sıra məhdudiyyətlərin qoyulamsına yönəlik, qarşıdurmalara və insanların özünü yandırmasına səbəb olan siyasəti təkrar gözdən keçirməyi xahiş edirik”,- deyə ABŞ da Tibet üzrə keçirilən interaktiv konfransda iştirak edən diplomat Pekindən bildirib.
Bu günlərdə tibetlilərin məskunlaşdlığı cənub qərbi Çin əyaləti Sıçuanda olan səfir qeyd edib ki,” biz son illər tez tez təkrarlanan zorakılıq və özünü yandırma aktlarından ciidi narahatlıq keçiririk”.
“Heç kim belə aktların baş verməsini istəmir, ölüm hallarının sayı həddən artıqdır”.- deyə o əlavə edib.
Qərb KİV-lərinin məlumatlarına əsasən, 2009-cu ildən 60 yaxın tibetli, xüsusən də buddaçı monarxlar Pekinin siyasətinə etiraz əlaməti olaraq özlərini yandırıblar.
ABŞ israrla Çinin hakim dairələrinin dünya buddaçılarının lideri Dalay Lama ilə danışıqlara getməsini təkid edir. Pekində onu yalnız dini xadim deyil, həm də “özünü buddaçıların lideri kimi qələmə verərək” Tibetin Çindən ayrıması yolunda separatçı fəaliyyət göstərən siyasi fiqur hesab edirlər.
ABŞ Pekini Çində yaşayan Tibet xalqının siyasi və dini haqlarını pozmaqda ittiham edir.