Türkiyənin Naxçıvandakıə Baş Konsulluğunda Türkiyə Respublikasının yaradılmasının 89-cu ildönümü münasibəti ilə rəsmi qəbul təşkil edilib.
“İnterfraks-Azərbayan” agentliyinin regional börosunun xəbər verdiyi kimi, qəbulda Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov da iştirak edib.
“Möhkəm dostluq ,qardaşlıq ənənələrinə əsaslanan Türkiyə- Azərbaycan əlaqələrinin dünyada dövlətlərararsı münasibətlərdə analaoqu yoxdur”,- deyə qəbulda çıxış edən Türkiyənin Naxçıvandakı baş konsulu Cenk Ünal bildirib.O Türk xalqının azadlıq uğrunda mübarizəsindən, Türkiyə Resbulikasının keçdiyi inkişaf və tərəqqi yolundan danışıb.Onun sözlərinə görə, tarixən yaşanan çətinliklərə baxmayaraq türk və azəri xalqları həmişə çiyin- çiyinə olublar və bu gün Türkiyə- Azərbaycan əlaqələrinin ruhunu qarşılıqlı inam, strateji əməkdaşlıq təşkil edir.
C.Ünal söyləyib ki, Azərbaycanın ayrılmaz hissəsi olan Türkiyə -Azərbasycan əlaqələrinin möhkəmlənməsində Naxçıvan MR-in də payı var.Diplomat Naxçıvan MR-in mədəniyyət, təhsil və digər sahələrdə qazandığı sosial iqtisadi inkişaf və uğurların sevinc və məmnunluq doğurduğunu vurğulayıb. Baş konsul iki ölkə arasında dostluq və qardaşlığın sarsılmaz və əbədi olacağından əminliyini ifadə edib.
Tədbirdə çıxış edən Naxçıvan MR-in rəhbəri Vasif Talıbov qeyd edib ki, Türkiyə və Azərbaycan dünyada yeganə ölkələrdir ki, onları iqtisadi və siyası maraqlardan çox vahid köklər, milli və bənzər dəyərlər birləşdirir.
“Ölkələrimiz arasında sıx dostluq qardaşlıq əlaqələri mövcuddur. İki dahi şəxs -Mustafa Kamal Atataürk və ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycan –Türkiyə əlaqələri örnək ola bilər”,- deyə Ali Məclisin sədri bildirib.O qeyd edib ki, hər iki dövlətin müstəqil olması və müstəqil siyasət yürütməsi əlaqələrimizin genişlənməsində əsas amillərdən biridir. V.Talıbov tədbir iştirakşılarını, türk xalqını Türkiyənin müstəqillik bayramı –Respublika Günü münasibəti ilə təbrik edərək qardaş ölkəyə daimi inkişaf və tərəqqi arzulayıb.