Güclü “Sendi” qasırğası Nyu-Yorkda (ABŞ) ən azı 18 nəfərin həyatına son qoyub. Bu barədə Nyu-Yorkun meri Maykl Blumberqin sözlərinə istinadən Böyük Britaniyanın “BBC” teleradioyayım korporasiyası məlumat verib.
Hazırda şəhərdə ilk avtobuslar relsə buraxılıb; daimi avtobus nəqliyyatı çərşənbə günü bərpa ediləcək.
Eyni zamanda Nyu-Yorkun bir sıra tunel və metro qollarını su basdığına görə bu nəqliyyat vasitəsi fəaliyyət göstərmir. Metro qatarlarının hərəkəti, gözlənildiyi kimi, bir neçə günə bərpa ediləcək.
Çərşənbə günü həmçinin Con Kennedi adına beynəlxalq aeroport və Nyu-York Fond Birjası işini bərpa edəcək.
Son məlumatlara əsasən, Nyu-Yorkda “Sendi” qasırğasının qurbanlarının sayı 40 nəfərdən artıqdır. Hazırda qasırğa asta-asta öz istiqamətini Kanada sərhədinə doğru dəyişir.