BMT və Ərəb Dövlətləri Liqasının xüsusi nümayəndəsi Laxdar Brahimi ümidvar olduğunu bildirib ki, Çin Suriya böhranının həllində fəal rol oynayacaq. Bu barədə çərşənbə axşamı EFE agentliyi xəbər verir.
"Çin Suriyada problemlərin həllində fəal rol oynaya bilər", - deyə o, Pekində ÇXR-in xarici işlər naziri Yan Tszeçi ilə danışıqlardan əvvəl bildirib.
Öz növbəsində, çinli nazir qeyd edib ki, onun ölkəsi L.Braiminin Suriya ərazisində vəziyyətin normallaşdırılması cəhdini alqışlayır.