Çərşənbə gününə keçən gecə Ermənistan və Naxçıvan sərhədində 2,7 bal gücündə zəlzələ baş verib. Bu barədə "İnterfaks"a Ermənistanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
"Oktyabrın 31-də yerli vaxtla saat 02:05-də Ermənistan və Naxçıvan sərhədində, Kacaran şəhərindən (Ermənistanın cənubu) 15 kilometr şimal-qərbə 2,7 bal gücündə zəlzələ qeydə alınıb. Episentrdə yeraltı təkanın gücü 3-4 bal təşkil edib", - deyə FHN-dən bildirilib.
Məlumata görə, Kacaran şəhərində zəlzələ üç bal gücündə hiss olunub. Dağıntı və zərər çəkən yoxdur.