Azərbaycan Yazıçılar Birliyi və “İnterfaks-Azərbaycan” İnformasiya Agentliyi respublikada nəşr edilən kitabların populyarlaşdırılmasına yönələn birgə layihənin həyata keçirilməsinə başlayır.
“Biz müvafiq saziş imzalamaq niyyətindəyik. Əminəm ki, layihə uğurlu olacaq”, - deyə Yazışılar Birliyinin sədri, xalq yazıçısı Anar çərşənbə günü “İnterfaks-Azərbaycan” agentliyinin ofisində keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu layihənin reallaşdırılması təşəbbüsü “İnterfaks-Azərbaycan” agentliyinin baş direktoru Aleksandr İvanova məxsusdur.
Birgə layihə çərçivəsində bir neçə istiqamətdə iş aparmaq təklif edilir:
“İnterfaks-Azərbaycan” agentliyinin saytında “Azərbaycanda kitab məhsullarının yenilikləri” adı altında rubrika açmaq. Həmin rubrikada Yazışılar Birliyi tərəfindən resenziya verilən yeni kitablar haqqında qısa məlumatın yerləşdirilməsi nəzərdə tutulur. Saytın oxucu auditoriyası kifayət qədər genişdir və naşirlərin potensial hədəfi olan əhalinin yüksək təhsilli təbəqəsinə aiddir;
Həmin rubrikanın xəbərlərinin Azərbaycan KİV-nə göndərilməsinin təşkil edilməsi. Bizim siyahımıza praktiki olaraq ölkənin bütün nəşrləri daxildir – informasiya agentlikləri, İnternet portallar, qəzetlər, televiziya kanalları. Düşünürük ki, göndərdiyimiz məlumatlar yeni kitablara əlavə diqqət cəlb edəcək;
“İnterfaks” İnformasiya Agentliyinin mətbuat mərkəzində müasir və məşhur yazıçılar ilə görüşlərin və mətbuat konfransların təşkil edilməsi.