Azərbaycanın ekoloji cəhətdən təmiz məhsulların ixracı üçün böyük potensialı var. Parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə çərşənbə günü “Azərbaycanda genetik modifikasiya olunmuş məhsullar üzrə tənzimləmə sisteminin formalaşdırılması problemləri”nin təqdimatında bildirib
“Genetik modifikasiya olunmuş (GMO) məhsulların yayılması qlobal problemdir və bu problem Azərbaycandan da yan keçməyib Lakin. ölkənin stabil iqtisadi inkişafı nəzərə alınmaqla bizdə GMO-lu məhsulların yayılmasına qarşı və maraqlarımızın qorunması üçün güclü imkanlar yaradılıb. Azərbaycanın ekoloji cəhətdən təmiz məhsulların ixracı üçün böyük potensialı var”,- deyə Z.Səmədzadə qeyd edib.
O tərkibində GMO olan məhsulların yayılması ilə mübarizə və istehlakçıların maarifləndirilməsinin səviyyəsinin yüksəldilməsi üçün dövlət orqanları ilə qeyri- hökumət təşkilatlarının sıx əməkdaşlığının vacibliyini qeyd edib.
Yerli İqtisadi İnkişaf Mərkəzinin qeyri Hökumət Təşkilatının nümayəndəsi Firdovsi Fikrətzadə təqdimatda qeyd edib ki, təqdimat ATƏT-lə birgə əməkdalıq şəraitində hazırlanıb. “Sənədddə Çin və Türkiyədə GMO tənzimləmə sistemlərindən nümunələr və Azərbaycanda bu problemin həlli üzrə tövsiyələr verilib”,- deyə o qeyd edib.
F.Fikrətzadənin sözlərinə görə, tövsiyələrə ölkənin elmi potensialının və texniki infrastrukturunun gücləndirilməsi, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən GMO məhsulların daxili ticarət dövriyyəsinin və ixracının iqtisadi tənzimləmə sisteminin formalaşdırılmasına dair tövsiyələr daxil edilib.
Həmçinin Kənd Təsərrüfatı Nazirliyinə GMO-lu bitki və heyvandarlıq məhsullarının istehsalını tənzimləyən sistemin formalaşdırılması təklif edilir. SMPDK-ya GMO-lu məhsulların emalı və istehsalını tənzimləmə sisyeminin, Səhiyyə Nazirliyinə tərkibində GMO olan tibbi dərman və pereparatlara nəzarət sisteminin yaradılmasını tövsiyə edib.
“Azərbaycanda GMO-nun effektiv tənzimlənməsi sisteminin formalaşdırılması üçün hüquqi-normativ sənədlər paketi hazırlamışıq. Bura “Genetikası modifikasiya olunmuş orqanizmlər haqqında” qanun layihəsi, Azərbaycan Prezidentinin “ GMO haqqında” qanunun icrasının təmin edilməsi barədə fərmanının layihəsi, İnzibati Xətalar Məcəlləsinə və 7 qanuna -ətraf mühitin mühafizəsi, ekoloji cəhətdən təmiz kənd təsərrüfatı, toxumçuluq, körpə və kiçik yaşlı uşaq qidaları, baytarlıq, ərzaq məhsulları və seleksiya nailiyyətləri haqqında qanunlara dəyişikliklər daxil edilib”,-deyə o bildirib.