Milli Məclis 2012-ci ilin sonunadək “Qiymətləndirmə fəliyyəti haqqında” qanunun yeni redaksiyasını qəbul edəcək. Milli Məclisdin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə çərşənbə günü jurnalistlərə belə bildirib.
“Qiymətləndirmə fəaliyyəti haqqında”qanun çoxdan qəbul edilib.Ötən illər ərzində bu sənədin təkmilləşdirilməsinə ehtiyac yaranıb.Yeni qanun qəbul edilməsi təşəbbüsünü bizim komitə irəli sürüb və biz parlamentin bu sənədi payız sessiyasının sonuna qədər ( dekabrda başa çatacaq –İf-Az) qəbul edəcəyini gözləyirik”,- deyə Z.Səmədzadə bildirib.
Onun sözlərinə görə,hazırda Azərbaycanın daşınmaz əmlak bazarı dinamik şəkildə inkişaf edir. “Lakin bununla yanaşı, bu bazarda bəzi mənfi tendensiyalar da müşahidə olunur.Bu problemlər ona görə yaranır ki, əmlakın qiymətləndirilməsi ilə qeyri -peşəkarlar məşğul olur.Bu səbəbdən də əmlakın dəyərinin qiymətləndirilməsi ilə bağlı problemlər yaranır”,- deyə o əlavə edib.
Azərbaycanda “Qiymətləndirmə fəaliyyəti haqqında “ qanun 1998-ci ildə qəbul edilib.