Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanın işğal etdiyi Xankəndində aeroportu istifadəyə verəcəyi halda adekvat addımlar atacaq. Bu barədə Nazirliyin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu xəbərdarlıq edib.
“Birincisi, “Çikaqo konvensiyası” (beynəlxalq mülki uçuşlar barədə - İF-Az) mövcuddur. İkincisi, müharibə vəziyyətidir və bu nəzərə alınmalıdır. Üçüncüsü, əgər belə bir şeyə yol versələr, adekvat cavab alacaqlar”, - deyə E.Sabiroğlu ANS teleşirkətinə müsahibəsində bildirib.
“Adekvat cavab bundan ibarətdir ki, ordu üzərinə düşən vəzifəni yerinə yetirəcək”, - deyə Müdafiə Nazirliyinin nümayəndəsi izah edib.