“Kaşaqan” layihəsinin ekoloji ekspertizasi göstərdi ki, qəza baş verərsə, Xəzərin müdafiəsi barədə söhbət belə gedə bilməz. Çərşənbə günü “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında” çərçivə konvensiyasının imzalanmasının 19-cu ildönümünə həsr olunan Bakı-Moskva –Astana videokörpüdə Qazaxıstanın “Təbiət” Ekoloji Assosiasiyasının rəhbəri Mels Eleusizov belə bildirib.
“Kaşaqan” yatağında çox yüksək təzyiq, həmçinin kükürd müşahidə olunur. Bundan başqa, yataq işlənərkən orda min kilometr borudan istifadə olunmalıdır.Təsəvvür edin ki, bu borularla hansı sürətlə neft ötürüləcək”,- deyə M.Eleysinov qeyd edib.
“Əgər orda qəza baş versə, yanğını söndürmək mümkün olmayacaq və bu Xəzər dənizinin bütün canlılar aləmini məhv etmətyə kifayət edər”,- deyə o əlavə edib.
Onun sözlərinə görə, 1985-ci ildə “Tengiz” yatağında quyu 14 ay yandı,”bütün dünya onu söndürməyə səfərbər olmuşdu və söndürə bilmiridi”.
“Yalnız atom partlayışı yolu ilə layların yeri dəyişdirildi və alovu söndürmək mümkün oldu. Bu quyuda təzyiq min atmosferə bərabər idi.Borular sanki quyudan yuxarı püskürdülürdü.Kaşaqanda daha yüksək təzyiq müşahidə olunur”,- deyə o xatırladıb.
M.Eleysinov həmçinin qeyd edib ki, qəza anında mümkün risklərin qarşısının alınmasıl üçün heç bir tədbir görülmür.
“Bizim ekspertizamızdan sonra müəyyən irəliləyişlər olub.Mən bu yataqdakı risklər barədə prezidentlə də danışmışam.Bizim cəmiyyət belə məsələlərin həlli üçün hələ kamilləşməyib. Bu cəmiyyət iqtisadiyyat və böhran barədə düşünür, ekologiya ilə bağlı məsələləri həll etmək istəmir”,- deyə o vurğulayıb.