Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında assosiativ saziş üzrə videokonfrans bu ilin noyabrında keçiriləcək.Bu barədə “İnterfaks -Azərbaycan” agentliyinə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev məlumat verib.
“Noyabr ayında Avropa İttifaqı ilə assosiativ sazişlə bağlı videokonfrans başlayacaq . Konfrans iqtisadi və sektorra aid məsələləri əhatə edəcək”,- deyə nazir müavini bildirib.
Onun sözlərinə görə, tədbir çərçivəsində başqa mövzularda da konfransların keçirilməsi gözlənilir.
“ Noyabrın 22-də Brüsseldə Aİ ilə əməkdaşlıq üzrə komitənin iclası keçiriləcək.İclas zamanı assosiativ saziş üzrə məsələ qaldırılacaq, çünki bu istiqamətdə çalışmalara ara verildiyini hiss edirik. Komitənin iclasında AB ilə assosiativ sazişlə bağlı məsələniu qaldırmaqda məqsəd danışıqların intensivləşdirilməsidir”,- deyə M.Məmmədquliyev qeyd edib.
O həmçinin qedy edib ki, bu il dekabrın 7-də ÜTT-nin Azərbaycan üzrə işçi qrupu ilə görüş təyin olunub.
“Bu işçi qrupun növbəti, doqquzuncu görüşü olacaq.Həmin dövrdə ikitərəfli görüşlərin keçiriləcəyi ehtimal edilir və ola bilsin ki, kənd təsərrüfatı üzrə çoxtərəfli görüşlər təşkil olunacaq”,- deyə o bildirib.
M.Məmmədquliyev söyləyib ki, ÜTT-nin Azərbaycan üzrə işçi qrupunun növbəti görüşünün vaxtı qabaqcadan müəyyən olunur.