Bakıda NATO-nun Müttəfiq Transformasiya Komandanlığı və Müttəfiq Qüvvələrin Avropadakı Ali Komandanlığının ekspert qrupu tərəfindən Silahlı Qüvvələrdə “NATO Günləri” keçirilir. Nümayəndə heyətinə NATO-nun Hərbi Əməkdaşlıq idarəsinin rəis müavini kontr-admiral İon Dimutrasku rəhbərlik edir. Bu barədə cümə axşamı Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tədbirin məqsədi Silahlı Qüvvələrin hərbi təhsil müəssisələrində müəllim və komandanlıq heyətinə, kursantlara və dinləyicilərə NATO haqqında ətraflı məlumat verməkdən ibarətdir. Tədbir müddətində iştirakçılara NATO-nun strukturu, yaranma tarixi, məqsədi, siyasəti, strategiyası, konsepsiyası, transformasiya prosesi, islahatlar, tərəfdaşlıq münasibətləri, sülhməramlı və böhranlara cavab vermə əməliyyatları haqqında təqdimatlar verilir və dəyirmi masada müzakirələr aparılır.