Noyabrın 1-də Amerikanin Kaliforniya Ştatında “Azərbaycan Muğamı Ayı” başlayır. Bu barədə Azərbaycanın Los –Ancelsdəki Baş Konsulluğundan məlumat verilib.
Layihə çərçivəsində Azərbaycanın muğam ifaçıları milli üçlüyün müşayəti ilə Los-Ancels, San- Diyeqo, San –Fransisko şəhərlərində müğamlarımızı ifa edəcəklər. Konsertlərin birində Ü.Hacıbəyovun “Leyli və Məcnun” operası ifa ediləcək.
Yekun konsert noyabrın 13-də Los Ancelsin Beynəlxalq Münasibətlər Şurasının binasında keçiriləcək.