Çinin Suriya problemi üzrə mövqeyi davamlı və dəyişməzdir. ÇXR-in DİN rəsmi nümayəndəsi Xun Ley Pekində Çin xarici siyasət idarəsinin başçısı Yan Tszeçin BMT-nin və ƏDL-in Suriya üzrə xüsusi nümayəndəsi Lahdar Braxmiyə təklif etdiyi təşəbbüsləri şərh edərkən bildirib.
“Çin Suriya məsələsində ardıcıl mövqe tutur. Çin tərəfinin yeni təşəbbüslərini Suriya məsələsinin həlli üçün Çin tərəfinin göstərdiyi səylərin davamı kimi qiymətləndirmək olar”,- deyə diplomat qeyd edib.
O bildirib ki, Çin atəşin mərhələli şəkildə dayandırılmasını, ölkəni idarə etmək üçün keçici orqanın yaradılmasdını təklif edir. Bu təkliflər Suriyadakı son vəziyyətə və BMT və ƏDL xüsusi nümayəndəsi Kofi Annanın BTN-nin TŞ və Cenevrə konfransının Suriya bəyənnaməsinə müvafiq planına əsaslanır
Bununla yanaşı, Xun Ley qeyd edib: “Biz dünmya ölkələrinin çoxunun Suriyadakı vəziyyəti hərbi yolla həll etməyin perspektiv hesab etmədiklərinə diqqət çəkmişik, problemin siyasi yolla həll edilməsi çağırışları daha çox səslənir”.
Xəbər verildiyi kimi, Çinin təşəbbüsü Suriyda əvvəl regionlarda sonra bütün ölkədə mərhələli şəkildə atəşi və hərbi əməliyyatların dayandırılmasını;bütün maraqlı tərəflərin L.Braximinin rəhbərliyi altında idarə edici keçici orqanın və “yol xəritəsinin” hazırlanması üçün öz nümayəndələrini göndərmələrini; dünya birliyinin köməyi ilıə Cenevrə bəyənnaməsinin praktikada həyata keçirilməsini və Suriya xalqına humanitar yardım göstərilməsini aktivləşdirməyi nəzərdə tutur ki, bunu da ölkənin hakim dairələri, eləcə də müxalifət qüvvələri təmin etməlidir.