Tehran yaxın zamanda Ermənistan-Azərbaycan münaqişəsinin həllini tərəfdarıdır və bunun üçün gələcəkdə bütün səylərini səfərbər edəcək. Bu barədə İranın Azərbaycandakı səfiri Möhsin Pak Ayin bəyan edib.
“İran hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenitetini dəstəkləyib. Biz yaxın zamanda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını və Azərbaycan ərazilərinin qaytarılmasını istəyirik. İran bu münaqişənin nizamlanmasında səy göstərməkdə davam edir”, - deyə səfir jurnalistlərə bəyan edib.
Bununla yanaşı, iranlı diplomat münaqişənin nizamlanmasında ATƏT-in Minsk qrupunun fəaliyyətinin aktivləşməsinin lazım olduğunu bəyan edib. “İstərdik ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti daha fəal olsun və münaqişənin qısa zaman ərzində həll edilməsi üçün daha artıq səy göstərsin”, - deyə o vurğulayıb.
İran-Azərbaycan münasibətlərinə toxunaraq M.Ayin İran tərəfinin Astara və Bakıda arasında dəniz portlarının əlaqəsini təşkil etmək istədiyini bəyan edib. “Biz Astara və Bakı portalrı arasında əlaqə yaratmağı planlaşdırırıq. Ümid edirik ki, 2013-cü ildə Astara (İran) – Bakı (Azərbaycan) arasında dıniz marşrutu açılacaq. Bununla əlaqədar bu portlarda yeni gömrük məntəqələrinin açılmasına tələbat yaranacaq. Hazırda hazırlıq işləri aparılır”, - deyə diplomat qeyd edib.
İranın diplomatik missiyasının rəhbəri vurğulayıb ki, Şimal-Cənub layihəsi çərçivəsində Azərbaycanı İran ilə bağlayan Reşt-Astara dəmir yolunun tikintisi üzrə işlərin 70%-i artıq yerinə yetirilib. “Ümid edirİk ki, yaxın zamanda Reşt-Astara layihəsinin reallaşmasına başlayacağıq. İşlərin 30%-ni icra etmək qalıb”, - deyə o qeyd edib.
İkitərəfli münasibətləri xarakterizə edərək M.Ayin Bakı və Tehran arasında gərginliyin olduğu fikri ilə razılaşmayıb. “Ölkələrimiz arasında münasibətlərin gərginliyi barədə söhbət belə ola bilməz. Hazırda İranla Azərbaycan arasında həll olunmayan məsələ mövcud deyil. Təbii ki, fikirlərdə müxtəliflik ola bilər. Bi ailə üzvləri arasında da bu mümkündür. Bu dostluq münasibətlərimizə heç bir təsir göstərə bilməz. Əfsuslar olsun ki, bəzi dairələr fikirlərdə müxtəlifliyi gərginlik kimi qiymətləndirirlər. Bu isə səhv yanaşmadır”, - deyə diplomat vurğulayıb.
Səfir bildirib ki, Azərbaycan və İranın prezidentləri arasında etibarlı münasibətlər iki ölkə arasında əlaqələrin pisləşməsini istisna edir. “Fəxr hissi ilə deyə bilərəm ki, Azərbaycan və İran – bir xalqın iki dövlətidir”, - deyə M.Ayin qeyd edib.