Noyabrın 7-9 tarixində Bakıda Ümumdünya Turizm Təşkilatının “Turizm statistikası sahəsində bilik səviyyəsinin artırılması Proqramı” çərçivəsində növbəti seminar keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Seminarda Gürcüstan, Moldova, Qazaxıstan, Rusiya, Ukrayna, Belarus və Özbəkistanın rəsmi turizm və statistika strukturlarının nümayəndələrivə məsul əməkdaşları iştirak edəcəklər.
Azərbaycanı tədbirdə Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Statistika Komitəsi, Mərkəzi Bank və Dövlət Miqrasiya Komitəsinin əməkdaşları təmsil edəcək.