Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfiri Elxan Poluxov iki ölkə arasında əkəmdaşlığın aktivləşməsinin vacibliyini qeyd edib.
XİN-in mətbuat xidmətinin məlumatına görə, Pretoriya Universitetinin tələbə-müəllim heyəti qarşısında çıxış zamanı E.Poluxov bildirib ki, bu il 20 il tamam olan ikitərəfli münasibətlər yeni səviyyəyə çıxmalıdır. Onun sözlərinə görə, iki ölkənin BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı və digər nüfuzlu təşkilatlarda qarşılıqlı əlaqələri şəraitində Azərbaycan və CAR arasında iqtisadi əlaqələr çox zəif olaraq qalır.
Bundan başqa, noyabrın 1-də CAR Beynəlxalq Əlaqələr İnstitutunda Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Avropanın enerji təhlükəsizliyi probleminin həllində Azərbaycanın rolu mövzusunda mühazirə ilə çıxış edib.