Azərbaycanın kütləvi informasiya vasitələri diffamasiya haqqında qanunun qəbuluna hələ hazır deyil. Milli Məclisin spikeri Oqtay Əsədov belə hesab edir.
"Əgər bu gün yerli müxalifət KİV-i təhqiredici xarakterli materiallar yazırsa, o zaman təsəvvür edin ki, diffamasiya haqqında qanun qəbul olunduqda nə baş verəcək", - deyə o, cümə günü parlamentin növbəti plenar iclasında söyləyib.
Spiker qeyd edib ki, Avropanın 51 ölkəsindən 25-də diffamasiya haqqında qanun qəbul olunmayıb.
"İnterfaks-Azərbaycan" agentliyinin parlament müxbirinin verdiyi məlumata görə, iclasın gedişində deputat Fazil Mustafa müxalifət KİV-də dərc edilən və Milli Məclis üzvlərinin tənqid olunduğu materiallarla bağlı narazılıq ifadə edib.