Milli Məclisin cümə günü keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində “Sərbəst toplaşmaq haqqında” qanuna düzəlişlər etmək barədə qərar qəbul olunub. Bu barədə “İnterfaks -Azərbaycan” agentliyinin parlament müxbiri məlumat verir.
“Sərbəst toplaşmaq haqqında” qanuna dəyişiklər edilməsi lehinə105, əlehinə5 deputat səs verib, bir nəfər bitərəf qalıb.
Qanunvericiliyə düzəliş etmək təşəbbüsünü irəli sürən deputat Rafael Cəbrayılov bildirib ki, “Sərbəst toplaşmaq haqqında”qanun 1998-ci ildə qəbul edilib.
Cinayət Məcəlləsinə ediləcək düzəlişə əsasən, aksiyaların keçirilməsi qaydalarının pozulmasına görə, 5 min manatdan 8 min manata qədər cərimə sanksiyalarının tətbiqi və ya 2 il islah əmək cəzası və ya 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasının tətbiqi nəzərdə tutulur. Hazırda qüvvədə olan qanuna əsasən, aksiyaların keçirilmə qaydalarının pozulmasına görə cərimə sanksiyası 100-500 manat təşkil edir, həmçinin 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.
Eləcə də ictimai asyişin pozulmasına səbəb olan hadisələrin təşkili, həmçinin bu hadisələrdə fəal iştiraka görə 5 min manatdan 8 min manatadək cərimə tətbiq edilməsi nəzərdə tutulur (hazırda bu maddələr üzrə cərimə sanksiyaları 500 manat təşkil edir).
Cinayət Məcəlləsinə planlaşdırılan düzəlişlərə əsasən, ictimai asayişin pozulmasına gətirib çıxaran hadisələrin təşkili və bu hadisələrdə fəal iştiraka görə 3 il müddətinə azadlıqdan məhrum etmə və 2 il müddətində islah əmək işləri nəzərdə tutulur.
Qanunsuz aksiya iştirakçıları tərəfindən odlu və soyuq silahdan, həmçinin ətrafdakı insanların həyatı və sağlamlığı üçün təhlükə törədən digər alətlərdən istifadə edilməsinə görə 5 min manatdan 8 min manata qədər cərimə sanksiyası və ya 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.
Cinayət Məcəlləsində ictimai işlərə cəlb edilməyə dair düzəlişlər də nəzərdə tutulur. Belə ki, mövcud qanunvericilik cəza olaraq 60-240 saat ərzində ictimai iş nəzərdə tutursa, dəyişikliyə əsasən, qanunvericilikdə bu müddət 80-320 saata çartdırılacaq.
İnzibati Xətalar Məcəlləsinə ediləcək düzəliş və əlavələrdə də qanunsuz aksiya iştirakçıları və təşkilatçılarına qarşı sətləşdirilmiş sanksiyalar nəzərədə tutulur.
Belə ki, Məcəllənin 23- cü maddəsinə ictimai asayişi pozan şəxslərin ictimai işlərə cəlb edilməsi barədə maddə daxil ediləcək. Fiziki şəxslərə qarşı inzibati cərimə sanksiyalarının 3 min manatdan 5 min manatadək artırılması planlaşdırılır.( İXM , bənd 25.5, maddə 25)
Məcəllənin 49-cu maddəsinə düzəlişlər toplantılar, mitinqlər, küşə yürüşləri və piketlərin keçirilməsinə mane olmaq cəhdlərinə görə fiziki şəxslərə qarşı 1,5 min manatdan 3 min manatadək, vəzifəli şəxslər üçün 3 min manatdan 6 min manatadək, hüquqi şəxslər üçün 15 min manatdan 30 min manatadək cərimə sanksiyasının tətbiqi planlaşdırılır.
Həmçinin, məcəllənin inzibati toplantılar üzrə 298-ci -“Toplantıların təşkili və keçirilməsi qaydalarının pozulması” maddəsinə dəyişiklik edilməsi nəzərdə tutulur.
Keçiriləcəyi yer, zaman, marşrut müvafiq qanunvericiliklə razılaşdırılmayan qanunsuz aksiyaların keçirilməsi və təşkili üçün aşağıdakı cəza sanksiyaları nəzərdə tutulur: fiziki şəxslər 1,5 min-3 min manat cərimə və ya 200-240 saat ərzində ictimai işlərə cəlb edilməklə və ya 15 sutka müddətinə inzibati həbs; vəzifəli şəxslər 3-6 min manat cərimə edilməklə; hüquqi şəxslər 15 min-30 min manat məbləğində cərimə.
Qanunsuz aksiyalarda iştirak üçün 500 manatdan 1 min manatadək cərimə və ya 160-200 saat ictimai işlərə cəlb olunma və yaxud 15 sutka ərzində həbs cəzası nəzərdə tutulub.