SOCAR şirkəti 2012-ci ilin yanvar-oktyabr aylarında dünya bazarlarına 970,747 min ton neft məhsulu ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 21,1% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətin mətbuat xidmətindən məlumat verilib.
SOCAR 10 ay ərzində 58,157 min ton avtomobil benzini, 761,281 min ton dizel yanacağı, 117,36 min ton təyyarə yanacağı, 2,843 min ton mazut, 31,106 min ton vakuum qazoylu ixrac edib.
2012-ci ilin oktyabr ayında SOCAR 128,189 min ton neft məhsulu, o cümlədən 65,101 min ton dizel yanacağı, 31,563 min ton təyyarə yanacağı, 0,419 min ton mazut, 31,106 min ton vakuum qazoylu ixrac edib.
Azərbaycanda iki neft emalı zavodu – “Azərneftyağ” və Heydər Əliyev adına Bakı neft emalı zavodu (NEZ) fəaliyyət göstərir. Müəssisələrin ümumi emal gücü ildə 22 mln. ton neftdir.