“Fitch Ratings” beynəlxalq reytinq agentliyi “AtaBank” ASC-yə “Sabit” proqnozla “B-“ səviyyəsində reytinq verib. Bu barədə agentlikdən məlumat verilib.
Proqnoz – “sabit”dir.
Xarici valyutada emitent defoltu reytinqi “B” səviyyəsində verilib.
Sabitlik reytinqi “b-“ səviyyəsində verilib.
Dəstək reytinqi “5” səviyyəsində verilib.
Uzunmüddətli emitent defoltu reytinqinə “dəstək səviyyəsi yox” dəstək səviyyəsi verilib.
Məlumatda qeyd edilir ki, reytinq əməliyyat mühitinin yüksək riskləri ilə bağlı olan “AtaBank”ın aktivlərinin keyfiyyətinin zəif olmasını, likvidliyin yüksək olmamasını və məhdud müştəri bazasını əks etdirir.
Reytinqdə bankın səhmdarları tərəfindən banka dəstək verməsi nəzərdə tutulmayıb, lakin “Fitch” bankın ölkə hakimiyyəti ilə sıx əlaqələrini borc verənlər üçün müsbət amil kimi hesab edir.
Eyni zamanda, “Fitch”in rəyinə əsasən, hakimiyyət tərəfindən banka birbaşa dəstəyin verilməsi ehtimalı aşağıdır, çünki bankın sistem üçün əhəmiyyəti yüksək deyil (2011-ci ilin yekunlarına görə, bankın aktivləri sektor üzrə ümumi göstəricinin cəmi 1,6%-ni təşkil edib).
Bu ilin birinci yarısının sonuna “AtaBank”ın kapital yetərliliyi əmsalı 13,3%-ə bərabər olub ki, “Fitch” bu göstəricini yüksək qiymətləndirmir. Xüsusilə də bankın toplanan kredit portfeli və ehtiyatlar yaradılmayan problemli aktivlərin məlum səviyyəsi fonunda.
2012-ci ilin birinci yarısının sonuna bankın problemli aktivlərinin xüsusi çəkisi bütün portfelin 6,2%-i təşkil edib. Yalnız 29% üzrə problemli kreditlər üçün ehtiyatlar yaradılıb. Eyni zamanda ehtiyatda saxlamadan bu cür kreditlərin payı bankın əsas kapitalının 19%-ə bərabər olub.
Bundan əlavə bankın əsas kapitalının 28%-nə bərabər olan banklararası bazardan cəlb edilən iki kredit də “Fitch”də narahatlıq doğurur. Agentliyin rəyinə əsasən, “AtaBank” bütün kreditlərin yalnız 4,5%-dək problemli kreditlər üçün ehtiyatlarını artıra (problemli kreditlərin 73%-i) və ya kapitalının kifayətliliyi göstəricisinin tənzimləyici 12% minimuma azalacağından öncə 2012-ci ilin birinci yarısının sonuna yuxarıda qeyd olunan banklararası kreditlərin 70%-i ödəmək iqtidarında olub.
Məlumatda qeyd olunur ki, gəlir hesabına bankın kapitalının generasiyasına mənfi təsiri zəif əməliyyat səmərəliliyi göstərir. Onun xalis faiz marjası müqayisə edilə bilən emitetnmtlər arasında orta səviyyədən aşağı olub (SMKF tərəfindən maliyyələşdirilən layihələrdə iştiraka baxmayaraq). Bu isə 2011-ci ilin sonuna olan hesabatlığa əsasən kredit portfelin 11,6%-dən artıq olan əlaqəli tərəflərin daha yüksək kredit payının olmasına işarə edir.
Məlumatda deyilir ki, avqustun 1-nə bankın məcmu likvidliyi bütün müxbir hesablarının yalnız 16%-ni örtüb ki, bunu da “Fitch” yüksək göstərici kimi qiymətləndirmir.
“Fitch”in məlumatına görə, bankın kreditlərinin dəyərsizləşməsi, kapitalın azalması kimi amillər reytinqə gələcəkdə endirici, bankın sistem üçün əhəmiyyətinin artması, müştəri bazasının genişlənməsi kimi amillər isə yüksəldici təsir edə bilər.
“AtaBank” ASC 1994-cü ildə yaradılıb və “AtaHolding” investisiya strukturuna daxildir.